Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“Ukrayna və digər ölkələr Rusiya Federasiyasına rəhbərlik səviyyəsində, hətta Qazaxıstanda da danışıqlar aparmağı təklif etdilər”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyinə dəfələrlə bir çox müxtəlif ölkələrdə liderlər səviyyəsində görüş təklif olunub.
“Xüsusilə, belə təkliflər Zelenski, ABŞ Prezidenti Donald Tramp, Avropa ölkələrinin liderləri, xüsusilə Fransa prezidenti Emmanuel Makron, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın komandaları tərəfindən irəli sürülüb”, - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Moskvanın müharibəni davam etdirəcəyini göstərmək istəyir, ona görə də Kreml lideri görüşdən imtina edib.
"O, göstərmək istəyir ki, müharibəni davam etdirəcəklər. Ona görə də o, mənimlə görüşləri təxirə saldı", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az