Ukrayna sammiti “ÇP” ilə BAŞLADI

18.12.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Brüssel hava limanında baş verən fövqəladə vəziyyət Slovakiya nümayəndə heyətinin Avropa İttifaqının sammitində iştirakını çətinləşdirib. 

Slovakiya Baş nazirini Brüsselə aparan təyyarə ciddi şəkildə zədələnib və artıq uçuşa yararsızdır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fiko “X” sosial media platformasında bildirib.

Təyyarəyə ziyan nümayəndə heyətinin gedişindən sonra dəyib. Slovakiya Baş nazirinin sözlərinə görə, təyyarə pilləkənli nəqliyyat vasitəsi ilə toqquşub və bu da onu texniki cəhətdən sonrakı uçuşlar üçün yararsız hala gətirib.

O qeyd edib ki, hadisə sammitin başlanğıcı çox uğurlu olmayıb.

"Brüsseldəki sammit yaxşı başlamayıb. Hava limanında pilləkənli nəqliyyat vasitəsi təyyarəmizə o qədər zərər vurub ki, artıq uçuşa yararsızdır və biz onu burada qoymalıyıq", - Fiko yazıb.

O, təmir müddəti barədə əlavə məlumat verməyib.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью