“Ukrayna savaşı 2026 cı ildən tez bitməyəcək“ Ukrayna Baş Kəşfiyyat İdarəsi | Icma.az
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"700 minlik işğalçı qüvvə Donbasda cəmlənib, milyonlarla mərmi isə Pxenyandan gətirilir..." Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) müharibənin gedişi, Rusiya ordusunun resursları və Şimali Koreyanın Kremlə yardımına dair mühüm açıqlamalar verib.
Moderator.az xəbər verir ki, bu barədə BKİ nümayəndəsi Andrey Yusov "Новости.LİVE" nəşrinə müsahibəsində danışıb.
Müharibənin sonu üçün şərtlər Andrey Yusov bildirib ki, müharibənin 2026-cı ilin sonuna qədər bitməsi yalnız bir neçə amilin üst-üstə düşməsi ilə mümkündür.
Bunlara Rusiyaya qarşı daha sərt iqtisadi-sanksiya təzyiqi, Ukraynaya gücləndirilmiş hərbi və maliyyə yardımı, həmçinin beynəlxalq tərəfdaşların prinsipial mövqeyi daxildir.
Onun sözlərinə görə, Ukrayna müharibənin ədalətli sülhlə bitməsi üçün "mümkün olan bütün vasitələri işə salır".
700 minlik Rusiya ordusu Yusovun məlumatına görə, hazırda Ukrayna ərazisində təqribən 700 min rus hərbçisi yerləşdirilib.
Bu say təkcə ordu deyil, həm də xüsusi xidmət orqanları və "Rosqvardiya" qüvvələrini əhatə edir.
Tam oxu
Xəbəri oxu