Ukrayna savaşı bitməmiş ABŞ İrana zərbə endirəcək Diplomat | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat verir. İranla bağlı son dərəcə pessimistəm.
Tramp administrasiyası Bayden administrasiyasından daha çox İsrail tərəfdarı ola bilər.
Əsəd devrildiyindən İsrail bunu İrana zərbə endirmək fürsəti kimi görür, bu məqsəd açıq şəkildə müzakirə olunur.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.
“İran bu riskin fərqindədir. Bu yaxınlarda onlar MAQATE ilə daha sərt yoxlama rejiminə dair razılığa gəliblər ki, bu da danışıqlara hazır ol
Onlar əlbəttə ki, 2003-cü ildə İraqla baş verənləri təkrarlamaq istəmirlər.
Bununla belə, mən qorxuram ki, yaxın gələcəkdə ABŞ-ın İranla müharibəyə cəlbi real ehtimaldır.
Administrasiya başa düşür ki, əgər İrana qarşı hərəkət etmək istəyirlərsə, Ukraynadakı münaqişə bitməmiş bunu etməlidirlər.
Tam oxu
Xəbəri oxu