Ukrayna savaşı çox uzanacaq AÇIQLAMA | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müharibənin 2025-ci ilin sonuna bitəcəyini iddia etmək real deyil“Tramp artıq ABŞ rəhbəri kimi proseslərə yanaşmalıdır.
Yəni Ağ Evin Rusiyaya qarşı təzyiqləri davam edəcək” "Co Bayden başda olmaqla, hakimiyyətdən gedən ABŞ administrasiyası Ukraynadakı münaqişəni qızışdırmaqda davam edir".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü deyib ki, Vaşinqtonda hakimiyyətdən gedən administrasiya bu münaqişə ətrafında gərginliyi daha da qızışdırmaq üçün atəşə yağ tökmək üçün addımlar atmaq niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiyanın dərinliklərinə zərbələri Ukrayna deyil, yalnız Qərb ölkələri endirə bilər: "Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək qərarı ilə bağlı yaranmış vəziyyətin əsas təhlükəsi bu zərbələri Ukrayna deyil, yalnız Qərb dövlətlərinin həyata keçirməyə qadir olmasıdır".
Kreml rəsmisi Ukraynadakı münaqişənin dondurulma ehtimalından danışıb.
Bildirib ki, Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir: “Döyüş xətti boyunca bir növ dondurma variantı, əlbəttə ki, Rusiya tərəfi üçün apriori qəbuledilməzdir.
Tam oxu
Xəbəri oxu