“Ukrayna sazişi imzalanmağa hazırdır” KONKRET

23.01.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı sazişin imzalanmağa hazır olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, sənəd üzrə yalnız bəzi texniki detallar qalıb.

“Donald Trampdan tarix və yer barədə göstəriş gözləyirəm”, – deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı hava hücumundan müdafiə məsələsi də müzakirə olunub. Zelenski bu istiqamətdə Vaşinqtondan müsbət nəticələr gözlədiyini vurğulayıb.

Prezidentin sözlərinə görə, təhlükəsizlik zəmanətləri Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və sazişin yaxın vaxtlarda imzalanması gözlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью