Ukrayna səfiri: Azərbaycanla yol xəritəmiz var

05.11.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynalı sahibkarlar Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük maraq göstərir

Bu barədə "Report"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

"Ötən il ikitərəfli ticarətin artımını qeyd etdik. Müsbət dinamikamız var. Hər iki tərəfin işgüzar dairələrinin ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük marağını görürük. Ümid edirik ki, ikitərəfli ticarətimiz artacaq. Bizim böyük marağımız var", - səfir qeyd edib.

Diplomat, həmçinin qeyd edib ki, Ukrayna və Azərbaycan artıq birgə layihələr həyata keçirir. O, tərəfdaşlığın güclənəcəyinə ümidvar olduğunu bildirib: "Birgə layihələrimiz var, Ukrayna iqtisadiyyatına investisiyaların artımını müşahidə edirik".

Y.Qusev, həmçinin vurğulayıb ki, Kiyev və Bakının ikitərəfli münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvürü var:

"Bizim gələcəklə bağlı çox aydın baxışımız var. Bu ilin iyulunda Hökumətlərarası Komissiyanın məhsuldar iclası keçirildi. Müxtəlif sektorlarda, o cümlədən humanitar sahə, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün birgə yol xəritəmiz, birgə fəaliyyət planımız var".

"Cebhenfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью