Ukrayna səfiri Macarıstan XİN ə çağırıldı

10.07.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ukraynanın Budapeştdəki səfiri  Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər nazirinin müavini Levente Magyar məlumat verib .

Məlumata görə, səbəb döyüş əməliyyatlarında iştirak etmək üçün Ukrayna Silahlı Qüvvələrinə göndərilən macarın Zakarpatya şəhərində qətlə yetirilməsidir.

Magyar vurğulayıb ki, Macarıstan vətəndaşı döyüşməkdən imtina etdiyi üçün öldürülüb. 

Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, Kiyev Transkarpat macarlarının hüquqlarını qaytarmayana qədər ölkəsi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə yaxınlaşmağa imkan verməyəcək.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью