Ukrayna səfiri Rusiyaya qarşı radikal tədbirlər görməyə çağırıb

14.04.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev Rusiyanı yeni sanksiyalar, aktivlərin müsadirəsi və Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi yolu ilə sülh sazişi imzalamağa məcbur edilməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözləri "Ntv" kanalında yayımlanıb.

O, iddia edir ki, Rusiya ilə razılığa gəlmək və Rusiyanı sülh bağlamağa inandırmaq mümkün deyil. Makeyev buna görə də hesab edir ki, danışıqlardan çox qəti addımlar atılmalıdır.

"Rusiyaya sülh yolu ilə əl uzatsan, əlini dişləyəcəklər. Onlar ancaq yumruq dilini, güc dilini başa düşürlər",- deyə o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью