Ukrayna sərhədçiləri Macarıstan sərhədində 16 nəfərin olduğu avtobusu saxlayıblar

27.02.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna sərhədçiləri Macarıstanla sərhəddə hərbi xidmətdən yayınan 16 nəfərin olduğu mikroavtobusu saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"16 sərnişini olan mikroavtobus Macarıstanla dövlət sərhədindən yarım kilometr aralıda sərhədçilər və miqrasiya polisi əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsləri Zakarpatya şəhərinin iki sakini - avtobus sürücüsü və onun şəriki müşayiət edib. O, yaxınlıqda başqa avtomobillə hərəkət etməli və sərhədçilər görünsə, şərikini xəbərdar etməli idi", - Ukrayna Dövlət Xidmətinin Teleqram kanalında deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью