Ukrayna Silahlı Qüvvələri 22 yaşlı hindlini əsir götürüb

08.10.2025

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Silahlı Qüvvələri 22 yaşlı hindlini əsir götürüb

Hindistan vətəndaşı ilk hücum zamanı könüllü olaraq Ukrayna qüvvələrinə təslim olub. 22 yaşlı gənc həbs olunmamaq üçün Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulub.

Bu barədə 63-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın Facebook səhifəsinə istinadən RBC-Ukrayna məlumat yayıb.

Majoti adlı hindistanlı Rusiyada universitetdə oxuduğunu deyib. Lakin sonradan o, “narkotik saxladığına görə” 7 il müddətinə həbs edilib.

Bundan sonra adama cəzadan yayınmaq üçün rus ordusu ilə müqavilə təklif olunub. Ona külli miqdarda nağd ödənişlər vəd edilib, lakin heç nə almayıb.

Majotinin sözlərinə görə, o, qaçmaq istəyib. Hindistanlı iddia edir ki, 16 günlük hərbi təlimdən sonra cəbhəyə göndərilib, lakin cəmi üç gündən sonra komandiri ilə mübahisə edib və Ukrayna əsgərlərinə təslim olub.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью