Ukrayna Silahlı Qüvvələri 45 milyon dollar dəyərində Rusiya hava hücumundan müdafiə kompleksini məhv edib

13.07.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna hərbçiləri işğalçıların ən yeni orta mənzilli zenit-raket kompleksi olan “Buk-M3”ü məhv etməyə nail olublar. Bu əməliyyatı “Qara Meşə” ləqəbli 15-ci müstəqil artilleriya kəşfiyyat briqadasının döyüşçüləri həyata keçiriblər.

APA xəbər verir ki, briqadanın rəsmi səhifəsində yerləşdirilən məlumata görə, “Qara Meşə” kəşfiyyatçıları işğalçıların ən yeni “Buk-M3” zenit-raket kompleksinin daha bir stansiyasını aşkarlayıb və atəşi dəqiq yönəldərək onu məhv ediblər.

Bildirilib ki, “Buk-M3” düşmənin hava hücumundan müdafiə sisteminin əsas komponentlərindən biridir. Kompleksin dəyəri təxminən 45 milyon ABŞ dollarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью