Ukrayna Silahlı Qüvvələri Bolqarıstan zirehli transportyorlarından istifadə etməyə başlayıb

20.02.2025

Icma.az bildirir, Oxumeni.az portalına istinadən.

Ukrayna Silahlı Qüvvələri Bolqarıstan zirehli transportyorlarından istifadə etməyə başlayıb

Bolqarıstanın 100-ə yaxın zirehli transportyoru əsaslı təmir olunub, modernləşdirilib və Ukrayna Silahlı Qüvvələrinin 156-cı Mexanikləşdirilmiş Briqadasının bölmələrinə təhvil verilib. Bu barədə Bolqarıstanın dir.bg portalı briqadanın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, orta yaş həddi 50 il olan BTR-lərdə rahatlıq və etibarlılığın artırılması məqsədilə əsaslı təmir işləri aparılıb, xüsusən, 90 at gücünə malik QAZ-40P benzin mühərrikləri və sürətlər qutusu hər birinin gücü 102 at gücünə malik yeni alman Deutz BF4M2012 mühərrikləri ilə əvəz edilib.

Ukraynaya göndərilən köhnə 100-ə yaxın zirehli transportyorun pulunu Danimarka ödəyib.

Əziz Mustafa, Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью