Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, məlumata görə, hücum nəticəsində liman ərazisində yanğın baş verib və zədələnmələr qeydə alınıb. Baş Qərargahın son açıqlamasında zərbənin “NOVATEK-Ust-Luqa” kompleksinə endirildiyi təsdiqlənib.
İlkin məlumata əsasən, obyektin iki emal qurğusu vurulub. Kompleks sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı ilə məşğuldur və ildə təxminən 8 milyon ton xammal emal etmək gücünə malikdir.
Ukrayna tərəfi zərərin miqyasının və hücumun nəticələrinin hazırda dəqiqləşdirildiyini bildirib.
Rusiya tərəfi isə daha əvvəl Ust-Luqa limanı ərazisində zədələnmə və yanğın qeydə alındığını açıqlamışdı. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, sonradan yanğın söndürülüb və ölən olmayıb.
Ust-Luqa Rusiyanın Baltik dənizindəki ən böyük limanlarından biridir. Limandan neft və neft məhsulları, kömür, gübrə, mayeləşdirilmiş qaz və digər yüklərin daşınması həyata keçirilir.
Bizimyol.info