Ukrayna Simferopoldakı rus helikopterlərini belə məhv edib ANBAAN VİDEO

01.09.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, avqustun 31-də Ukrayna PUA-ları Simferopol hava limanında iki helikopteri məhv edib.
Bizim.Media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) hücumla bağlı yeni detalları açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:
Ukrayna Simferopol hava limanında 2 helikopteri məhv etdi - FOTO


Məlumata görə, GUR-un xüsusi təyinatlı “Kabuslar” bölməsi Simferopol yaxınlığındakı Qvardeyskoye qəsəbəsində yerləşən Rusiya hərbi hava bazasına pilotsuz aparatlarla zərbə endirib. 
Hücum nəticəsində iki ədəd Mi-8 helikopteri məhv edilib. İlkin hesablamalara görə, vurulmuş texnikanın dəyəri 20–30 milyon dollar arasında qiymətləndirilir.
İdarənin məlumatına əsasən, eyni əməliyyat çərçivəsində Sevastopol körfəzində yerləşən Rusiya yedək gəmisi – BUK-2190 da hədəfə alınıb. Bildirilir ki, gəmiyə hücumda xüsusi döyüş başlığından istifadə olunub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью