Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu

03.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) Rusiyanın Soçi şəhərinin limanında “Nefrit” çoxməqsədli təminat gəmisinə dronlarla zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Gəminin olduğu ərazidə güclü partlayış baş verib.

Qeyd edilib ki, “Nefrit” neft-qaz əməliyyatlarını təmin edir, dənizdə yerləşən obyektlərə xidmət göstərir, yük və personal daşıyır, həmçinin sualtı-texniki işlər həyata keçirirdi. HDQ-nin bildirdiyinə görə, gəminin fəaliyyəti Rusiyanın hərbi iqtisadiyyatına və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə birbaşa dəstək olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью