Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Sentyabrın 4-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Soçi şəhərini və "Sirius" federal ərazisini atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.
Hücum nəticəsində ərazidə yanğınlar baş verib. Yanğınlardan biri Rusiya HHM qüvvələrinə aid "S-300" və ya "S-400" divizionunun yerləşdiyi ehtimal edilən Psou çayı yaxınlığında qeydə alınıb.
Bundan əlavə, hücum nəticəsində ərazidəki neft bazasında da güclü yanğın başlayıb.
Yerli hakimiyyət orqanları bir neçə binanın şüşələrinin zədələndiyini və lokal yanğınların meydana gəldiyini bildiriblər.
Bizim.Media