Ukrayna ŞOKDA: Sabiq prezidentin köməkçisi güllələndi KONKRET

21.05.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın paytaxtı Madriddə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin baş köməkçisi Andrey Portnov naməlum şəxslər tərəfindən güllələnib.

KONKRET.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9:15 radələrində Madridin elit bölgələrindən biri olan Pozuelo de Alarkonda, Amerika Məktəbinin qarşısında baş verib.

Hücum nəticəsində Ukrayna vətəndaşı, 2014-cü ildə Avromaydan inqilabı zamanı vəzifədən uzaqlaşdırılmış prezident Yanukoviçin yaxın komandasında yer almış Andrey Portnov odlu silahla vurulub.

Xatırladaq ki, Andrey Portnov Ukraynada Yanukoviç rejiminin əsas fiqurlarından biri hesab olunurdu. O, 2014-cü ildə baş verən kütləvi etirazlar nəticəsində devrilən administrasiyanın yüksək vəzifəli şəxslərindən idi.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью