Ukrayna son sutkada Rusiyanın 1500 hərbçisini məhv edib

21.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi tərəflərin bir-birinə şiddətli hücumları fonunda davam edir.
Modern.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Rusiya tərəfinin 1510-a yaxın hərbçisi məhv edilib.

“Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri düşmənin ümumi döyüş itkiləri artıq təxminən 727 250 nəfər təşkil edir”, - məlumatda deyilir.
Son sutkada Ukraynanın müdafiə qüvvələrinin Rusiyaya məxsus 8 tank və 24 zirehli döyüş maşınını sıradan çıxardığı da qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью