Ukrayna son sutkada Rusiyanın 1500 hərbçisini məhv edib

21.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya-Ukrayna müharibəsi tərəflərin bir-birinə şiddətli hücumları fonunda davam edir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Rusiya tərəfinin 1510-a yaxın hərbçisi məhv edilib.

“Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri düşmənin ümumi döyüş itkiləri artıq təxminən 727 250 nəfər təşkil edir”, - məlumatda deyilir.

Son sutkada Ukraynanın müdafiə qüvvələrinin Rusiyaya məxsus 8 tank və 24 zirehli döyüş maşınını sıradan çıxardığı da qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью