Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Ukrayna Prezidenti Zelenskinin müşaviri Sergiy Beskrestnov, ABŞ-da yerləşən SpaceX Starlink sisteminin Ukrayna ordusunun istifadə etdiyi "hərbi paket" internet xidmətinin sürətini məhdudlaşdırdığını iddia edib.
Ukrayna Prezidenti Volodymyr Zelenskinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergiy Beskrestnov sosial media hesabında açıqlamasında SpaceX-in bu gecə Ukrayna ordusunun istifadə etdiyi peyk internetinin sürətini məhdudlaşdırdığını bildirib.
Beskrestnov məhdudiyyətin StarShield xidmətinin hərbi paketinə şamil edildiyini qeyd edərək əlavə edib: "Müdafiə qüvvələrimizə bu məhdudiyyət barədə məlumat verilməyib və bu, bir sıra missiyalarda fasilələrə səbəb olub. Bu inkişaf açıq şəkildə təsadüf deyil və mövcud siyasi vəziyyətlə əlaqədardır."
M.MİRZƏ
XQ