Ukrayna SQ aid helikopter bir qrup gənclər tərəfindən yandırıldı | Icma.az
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna təhlükəsizlik xidmətləri Kirovoqrad vilayətində hərbi aerodromda Ukrayna Silahlı Qüvvələrinin helikopterini yandıran bir qrup gənci saxlayıb.Bakupost.az xəbər verir ki, bu barədə SBU "Telegram" kanalında məlumat verilib.
İdarədən verilən məlumata görə, saxlanılanlar 17-18 yaşlı gənclər olub. Onlar hərbi aerodroma daxil olaraq helikopteri yandırıblar.
Şübhəlilərin həmçinin regionun əsas elektrik yarımstansiyalarından birini dağıtmağı planlaşdırdıqları da iddia edilb.
Saxlanılanlara qarşı təxribat və Ukrayna ordusunun işinə mane olmaq maddələri ilə ittiham irəli sürülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu