Ukrayna ssenarisini bölgəyə gətirmək istəyənlər kimlərdir? Vitsespiker açıqladı | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Avropa İttifaqı hər vəchlə bölgədə sülhü pozmağa çalışır.
Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı “missiyası"nın üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri heç də təəssüfi deyildi.
Görünür, o da şərti sərhəddə Aİ adından göndərilmişdi. Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov d
“Məqsədləri regionda yenidən vəziyyəti gərginləşdirməkdir. Aİ hazırda Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını sabotaj edir.
Ermənistan müstəqil dövlət olmadığına görə, Aİ kimi təşkilatlar, Fransa kimi ölkələr tərəfindən bir alət kimi istifadə olunur”, - deyə o əlavə edib.
Vitse-spiker bilidirib ki, həmin qüvvələr Ermənistanı davamlı olaraq silahlandırır: “Cənubi Qafqazda Ukrayna ssenarisini davam etdirmək istəyirlər.
Çünki gərginlik və insan ölümü onlar üçün quru statistikadır.
Aİ-nin keçmiş təmsilşici Jozep Borrel Avropa məkanından kənarda olan yerləri “cəngəllik” adlandırmışdı.
Tam oxu
Xəbəri oxu