Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Avropa Komissiyası 2027-ci ilin əvvəlində Ukraynanı “Govsatcom” peyk rabitə sisteminə qoşmağı planlaşdırır. Bu, Kiyevin İlon Maskın “Starlink” şəbəkəsindən asılılığını azaltmalıdır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Məlum olduğu kimi, Ukrayna Silahlı Qüvvələri “Starlink”dən fəal şəkildə istifadə edir, lakin son günlərdə gözlənilməz sürət məhdudiyyətləri səbəbindən onlar orta mənzilli zərbələr endirmək, eləcə də Rusiya dronlarını ələ keçirmək imkanlarını itiriblər.
Qeyd olunur ki, “Govsatcom” sistemi 2026-cı ilin yanvar ayından bəri fəaliyyətdədir və təhlükəsiz rabitə təmin edərək AB dövlət peyklərinin imkanlarını birləşdirir. Avropa Komisiyasının sözçüsü Tomas Renye deyib ki, hazırda Ukraynanın “Govsatcom”-a tam qoşulması barədə danışıqlar aparılır. Onun da dediyi kimi, bu, Kiyev üçün “Starlink”-ə alternativ yaradacaq.
Lakin bunun Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən “SpaceX” hərbisistemi olan “Starshield”-in imkanlarını tam əvəz edə biləcəyi hələ sual altındadır.
“AzPolitika.info”