Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aprelin 17-nə keçən gecə Rusiya Federasiyasının İvanovo vilayətinin Şuya şəhərində yerləşən 112-ci qvardiya raket briqadasının dislokasiya məntəqəsi yenidən hücuma məruz qalıb.
Məhz bu briqada Sumıya ballistik raketlərlə zərbə endirmişdi.
Qaynarinfo xəbər verir ki, Rusiya "Telegram" kanalı ASTRA-nın məlumatına görə, pilotsuz uçuş aparatlarının 112-ci briqadanın yerləşdiyi hərbi hissəyə hücum anı şahidlər tərəfindən videoya çəkilib.
Kadrlarda həmin anın görüntüləri əks olunub. Videoda gecə hücumundan sonra Şuya şəhərində yanğının baş verdiyi görünür.
Yerli sakinlər bildirirlər ki, Rusiya Silahlı Qüvvələrinin 112-ci briqadası təkrar hücuma məruz qalıb.
ASTRA geolokasiya vasitəsilə müəyyən edib ki, video çəkilişi Şuya şəhərinin Kooperativnaya küçəsində aparılıb – bu küçə hərbi hissənin düz arxasında yerləşir və 112-ci qvardiya raket briqadasının hərbi şəhərciyindən təxminən 180 metr məsafədədir.
Bununla belə, kadrlar vasitəsilə hərbi hissə ərazisində hansı binanın yandığını müəyyənləşdirmək mümkün deyil.