Ukrayna tarixində ikinci xanım Baş nazir kimdir? FOTOLAR

17.07.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Yuliya Sviridenkonun Ukraynanın Baş naziri təyin edilib.  O, Ukraynanın 19-cu baş naziri və postda vəzifə tutan ikinci qadın olub.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, Sviridenko 1985-ci il dekabrın 25-də Çerniqov şəhərində anadan olub. 2015-ci ildən Çerniqov Vilayət Dövlət Administrasiyasında rəhbər vəzifələrdə çalışıb: İqtisadi İnkişaf Departamentinə rəhbərlik edib, Çerniqov Vilayət Dövlət Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini tutub, 2018-ci ilin iyul ayından dekabr ayına qədər isə Regional Dövlət Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

2019-2020-ci illərdə İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı nazirinin müavini və birinci müavini olub.

Ukrayna prezidentinin 22 dekabr 2020-ci il tarixli sərəncamı ilə o, Prezident Aparatı rəhbərinin müavini təyin edilib. 2021-ci il noyabrın 4-də Ali Rada Yuliya Svırıdenkonu baş nazirin birinci müavini - iqtisadiyyat naziri təyin edib.

Yeni Baş nazir iş adamı Sergey Derlemenko ilə evlidir. Cütlüyün Sofiya adlı bir qızı var.

Qeyd edək ki, Ukrayna Respublikasının 14-cü və  ilk qadın Baş naziri (2007 –2010) Yuliya Timoşenko olub.  

Fotoda Y. Timoşenko

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью