Ukrayna təkzib etdi: Ruslar bu kəndi işğal etməyib! | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Ruslar Donetsk vilayətinin Velikaya Novoselka kəndinin tam ələ keçirildiyini elan ediblə
Lakin yaşayış ərazisi uğrunda döyüş faktiki olaraq davam edir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi Viktor Trequbov deyib.
"Orada döyüş gedir, hələ də orada Ukrayna qoşunları və mövqeləri var. Rusları və rus texnikasını məhv edirlər.
Onların harada olduğunu dəqiqləşdirə bilmərəm, çünki bu əməliyyatı təhlükə altına qoya bilər.
Sadəcə onu deyə bilərəm ki, hazırda orada döyüş gedir",- o bildirib.
Trequbov həmçinin rusların Ukrayna qoşunlarının Velikaya Novoselkada mühasirəyə alındığına dair yaydığı məlumatları da təkzib edib.
"Məndə olan məlumata görə, Ukrayna qoşunları mühasirəyə alınmayıb. Bunun qarşısı alındı".
Tam oxu
Xəbəri oxu