Icma.az bildirir, Azpolitika.az portalına istinadən. ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını tezlikl
“Ukrayna və Rusiya ilə bağlı çox yaxşı görüşlərimiz oldu...
Baxaq, görək, necə olacaq”, - o əlavə edib.Planın konkret şərtləri hələ açıqlanmayıb, lakin ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib ki, bu, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün “müqavimət qüvvəsi”nin yaradılmasını ehtiva edə bilər.Mənbə iddia edir ki, Ukrayna öz ərazisinin 20%-ni itirməsini rəsmən deyil, “de-fakto” qəbul etməyə hazır ola bilər: “De-fakto o deməkdir ki, biz rusların bu torpaqları işğal etdiyini etiraf edirik, lakin biz demirik ki, Ukrayna bundan həmişəlik imtina edəcək”.
Bundan öncə, Parisdə ABŞ nümayəndə heyəti ilə danışıqlarda iştirak edən Ukraynanın Müdafiə naziri Rustem Umerov “Sky News” telekanalına Kiyevin “konstruktiv dialoqa” hazır olduğunu deyib.
Bununla belə, o, rəhbərlik etrdiyi nazirliyin “siyasi qərarlar qəbul etmədiyini” vurğulayıb: “Əsas məsələ effektiv atəşkəsin necə təmin olunması və ona əməl olunmasına etibarlı nəzarətin təmin edilməsidir”.Volodimir Zelenski Ukraynanın daimi atəşkəsə hazır olduğunu dəfələrlə bəyan edib.
Rusiya isə hələ ki, sülh sazişi ilə bağlı dəqiq mövqe bildirməyib.
Əvəzində, Kreml təmsilçiləri əvvəlki maksimalist işğalçı tələblərini təkrarlayıblar.
Ötən həftə Vladimir Putin “Pasxa atəşkəsi” elan etsə də, Rusiya ordusu bu atəşkəsi dəfələrlə pozub.