Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dayanıqlı olmayan, müvəqqəti sülh nə Ukraynanın, nə də ABŞ-ın maraqlarına cavab verir..." Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə yeni prezidentin vəzifəsinə başlamasından öncə Rusiya ilə müharibənin nizamlanması məsələsində ciddi ixtilafların yümşaldılması məqsədilə yüksək səviyyədə danışıqların aparılması üçün ABŞ-a gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr yazır ki, çərşənbə günü Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak Trampın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq və gələcək milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltsla görüşüb.
Görüşə həmçinin vitse-prezident Cey Di Vens də qoşulub. Nəşrin məlumatına görə, Yermak Trampın köməkçiləri ilə münasibətləri nizama salmaq ü
Bundan öncə o, həmçinin Floridada Ağ Ev aparatının yeni rəhbəri Syuzi Uaysla görüşüb.
"Müzakirələrdən xəbərdar olanların sözlərinə görə, Yermak Ukraynanı sülhə mane olan tərəf kimi deyil, onun əldə olunması üzrə əməli tərəfdaş kimi təqdim edəcək", - nəşr yazıb.
Ukrayna özünü sülhə hazır olduğunu bəyan etməyi planlaşdırır, "lakin bu, dayanıqlı sülh olmalıdır.