Ukrayna Trampın sülh planını yanvarda alacağına ümid edir

23.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın sülh planı ilə bağlı təklifləri 2025-ci ilin yanvarında alacağına ümid edir.

APA “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib .

“Mən Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, biz bu təklifləri yanvarda görəcəyik. Və düşünürəm ki, bizim bu müharibəni bitirmək üçün bir planımız olacaq”, - Zelenski qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью