Ukrayna “Tupolyov”un mühüm sənədlərini oğurladı

04.06.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna xüsusi xidmət orqanları Rusiyanın tanınmış “Tupolyov” konstruktor bürosunun (KB) daxili kompüter sistemlərini sındırıb.

Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri məlumatlı mənbələrə istinadla xəbər yayıb.

Kəşfiyyatın əlinə keçən məlumatlar arasında əməkdaşların yazışmaları, şəxsi məlumatlar, ünvanlar, mühəndislərin tərcümeyi-halları, satınalma sənədləri və qapalı iclasların protokolları yer alır.

Əldə olunan məlumatlar Rusiya strateji aviasiyasının texniki xidmətində iştirak edən şəxslərin kimliyinin müəyyən edilməsinə imkan verib.

Qeyd edək ki, “Tupolyov” konstruktor bürosu təyyarə avadanlıqlarının işlənməsi, inkişafı, istehsalı, sınaqları, təmiri və uçuşa yararlılığının saxlanması ilə məşğuldur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью