Ukrayna Türkiyədən HHM sistemləri istədi

30.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna Müdafiə Nazirliyi Ankaradan hərbi sənaye kompleksinə sərmayə qoymağı, həmçinin ölkəni hava hücumundan müdafiə sistemləri, hərbi texnika və sursatla təchiz etməyi xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra məlumat verib.

Qeyd edək ki, tərəflər arasında görüş bu gün baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью