Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ və Avropa İttifaqı Ukraynanın yenidən qurulması üçün ümumi məbləği 800 milyard dollara qədər olan irimiqyaslı investisiya planı hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana” teleqram kanalı məlumat yayıb.
Strategiya 2040-cı ilə qədər davam edir və onun işə salınması üçün 100 günlük əməliyyat planını ehtiva edir. İlk 10 ildə dövlət və özəl investisiyalar üçün 500 milyard dollar nəzərdə tutulub.
Avropa Komissiyası 2028-ci ildən başlayaraq Aİ-nin növbəti yeddi illik büdcəsi çərçivəsində Kiyevə əlavə 100 milyard avro ayırmaq niyyətindədir.
Plan həmçinin Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsini nəzərdə tutur.
Nəşr qeyd edir ki, bununla belə, strategiyanın həyata keçirilməsi tamamilə atəşkəs və təhlükəsizlik təminatlarına nail olmaqdan asılıdır, lakin bu, hələ əldə olunmayıb.