Ukrayna üçün ağır gecə Video Fotolar

30.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İyulun 30-na keçən gecə Rusiya Ukraynanın müxtəlif regionlarına genişmiqyaslı hücum həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında paylaşım edib. 

Onun sözlərinə görə, Kiyev şəhəri və vilayəti, həmçinin Dnepr, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsya, Çerkası və İvano-Frankivsk vilayətləri hücumlara məruz qalıb. 

Ümumilikdə ölkə ərazisində azı 8 nəfər həlak olub, onlarla şəxs yaralanıb.

Ölənlərdən 6 nəfərin Krivoy Roq şəhərində yaşayış binasının “İskəndər” raketi ilə vurulması nəticəsində həlak olduğu bildirilir. 

Hücumlar zamanı çoxu ballistik olmaqla, 70-dən çox raketdən, həmçinin 280-dən çox drondan istifadə edilib. 

Hazırda ölkə ərazisində xilasetmə əməliyyatları davam etdirilir. 









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью