Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniya Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün öz hərbi personalını göndərmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Lemmi deyib.
“Biz La-Manş boğazı boyunca on minlərlə ukraynalı əsgərə təlim keçmişik və bunu davam etdirəcəyik. Amma Britaniya əsgərlərini Ukraynaya göndərməyəcəyik. Bu məsələdə mövqeyimiz həmişə çox aydın olub”, - Lemmi bildirib.