Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın komandası yaxın vaxtlarda Ukraynada mümkün atəşkəsi təmin etmək üçün Londona səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Foks Nyus” telekanalında açıqlamasında məlumat verib.
"Qısa müddətdə potensial atəşkəs barədə danışdıq. Bunu möhkəmləndirmək üçün Londona qayıdacağıq", - Kelloq deyib.
O, Trampı Ukraynadakı müharibə ilə bağlı 90 gün ərzində gördüyü işlərə görə tərifləyib. Onun sözlərinə görə, bu müddət ərzində o, əvvəlki 900 gündə görüləndən daha çox iş görüb.