Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də Tramp administrasiyasının Kiyevin NATO üzvlüyünə qarşı mövqeyi dəqiqləşir.
"Cebheinfo.az" xəbər verir ki, "Politico" jurnalının məlumatına görə, Vaşinqton administrasiyası iyul ayında Ankarada keçirilməsi planlaşdırılan NATO Liderlər Sammitində Ukraynanın rəsmi iştirakına qarşı çıxır.
ABŞ-nin bu mövqeyi alyansın genişlənmə siyasəti və tərəfdaş ölkələrlə münasibətlərində yeni müzakirələrə yol açıb.
"Politico"nun yüksək rütbəli rəsmilərinə istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyası son aylarda NATO-nun gündəliyini və iştirakçı profilini formalaşdırmaq üçün intensiv lobbi fəaliyyəti həyata keçirir:
"Vaşinqton, müharibənin davam etdiyi Ukraynanın Ankara sammitində rəsmi statusda iştirak etməsini istəmir. Ukrayna ilə yanaşı, Hind və Sakit okean bölgəsindəki tərəfdaş ölkələrin (Yaponiya, Cənubi Koreya, Avstraliya kimi) də rəsmi iştirakına müsbət baxılmadığı bildirilir.
ABŞ-nin eyni zamanda NATO-nun Kosovodakı sülhməramlı missiyası olan KFOR-un miqyasının daraldılması istiqamətində lobbiçilik etdiyi qeyd olunur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin