Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Biz Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına vəsaiti ayırmayacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Polşa Baş naziri Donald Tusk deyib.
“NATO-nun Baş katibi Mark Rutteyə söylədim ki, hazırda PURL proqramına – Ukrayna üçün Avropa vəsaiti hesabına Amerika silahlarının alınmasına maliyyə töhfəsi verməyəcəyik”, – Tusk qeyd edib.
O, qərarı ölkənin yüksək büdcə kəsiri və ölkənin müdafiəsinə çəkilən xərclərlə əlaqələndirib.