Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, yazdan bəri optik lifin bir kilometrinin dəyəri 4 dollardan, demək olar, 30 dollara qədər artıb. Ondan telekommunikasiya sahəsində, süni intellektdən istifadə etməklə məlumatların emalı mərkəzlərinin tikintisində, həmçinin pilotsuz uçuş aparatları (PUA) və onun operatoru arasında simli əlaqə üçün istifadə olunur.
"Optik lifin artan dəyəri, eləcə də Ukraynaya tədarüklə bağlı problemlər ölkədəki bəzi dron istehsalçılarının ondan istifadədən imtina edərək dronla daha ucuz və daha etibarlı əlaqə üsulu olan simsiz "Starlink" sisteminə üstünlük vermələrinə gətirib çıxarır", - FT yazıb.