Icma.az, Yenicag saytına istinadən bildirir. “Zelenskinin zənciri başqasının əlindədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
Analitik ABŞ lideri Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı sonrası Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynasız danışıqları düzgün hesab etməməsi haqqında söylədiyi fikirləri şərh edib: “Çoxlarına bu fikirlərim xoş gəlməyə bilər, amma bu, bir reallıqdır.
Zelenski bu məsələlərdə bir oyunçudur və artıq istifadə müddəti də bitmək üzrədir. Müharibənin başlanmasının üçüncü ili gəlir.
Bu müddətdə Ukrayna ancaq itirir, çünki ərazisinin 20%-i işğal olunub, getdikcə də işğal əhatəsi genişlənir.
Heyf Ukraynadan ki, Zelenski kimi bir şoumenin güdazına getdi. Qazanan burada ancaq Qərb dairələri oldu.
Amerika Zelenskiyə desə ki, atəşkəs masasına otur, oturacaq, desə ki, yox, bir müddət də davam et, dirən, onu da edəcək, dirənəcək.
Çünki zənciri başqalarının əlindədir”. Siyasi təhlilçi əmindir ki, Ukrayna bu gedişlə kapitulyasiya sənədinə qol çəkməyə doğru gedir: “Tramp