Ukrayna UEFA dan Rusiya klublarını geri qaytarmamağı xahiş edib

03.04.2025

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Futbol Assosiasiyasının (UAF) nümayəndələri Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmilərindən Rusiya klublarının və milli komandanın beynəlxalq turnirlərə qayıtmasının qarşısını almağı xahiş ediblər. 
Demokrat.az xəbər verir ki, müvafiq bəyanat UAF-ın rəsmi saytında dərc olunub.
Bildirilir ki, hazırda Rusiyanın yarışlarda iştirakdan kənarlaşdırılmasının səbəbləri aradan qaldırılmayıb ona görə də heç bir qayıdışdan söhbət gedə bilməz.
UAF həmçinin hesab edir ki, Rusiya komandalarının və milli komandalarının iştirakına icazə verilməsi UEFA-nın bütövlüyünü pozacaq və matçların təhlükəsizliyinə xələl gətirəcək.
Əfsanə Kamal 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью