Ukrayna Ufadakı neft emalı zavoduna yenidən zərbə endirdi

01.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ukrayna qüvvələri Ufadakı neft emalı zavoduna (NEZ) yenidən zərbə endirib, eyni zamanda Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin obyektini vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ufadakı neft emalı zavodu - Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri zərbəyə məruz qalıb.

Ukrayna Prezidenti Penzadakı zavodlardan birinə dron zərbələri endirildiyinə dair məlumatları da təsdiqləyib. Dediyinə görə, Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket silahları üçün komponentlərin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyekti vurulub. Hədəfə qədər olan məsafə - cəbhə xəttindən təxminən 600 kilometrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью