Ukrayna Ukrayna ordusunu Rusiya ərazisindən çıxarır

07.11.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətindən çıxarılmasına hazırlaşır.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya deyib.

Xatırladaq ki, bu il avqustun əvvəlindən Rusiya-Ukrayna dövlət sərhədini keçən Ukrayna ordusunun bölmələri Rusiyanın Kursk vilayətində onlarla yaşayış məntəqəsini işğal edib. Ukraynalılar Suca şəhərini də ələ keçirə biliblər. Ukrayna tərəfinin məlumatına görə, avqustun ortalarında onlar artıq təxminən 1000 kvadrat kilometr əraziyə nəzarət ediblər.

Oktyabrın sonunda Rusiya əks-hücuma keçib və həmin ərazilər üzərində nəzarəti bərpa etməyə çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью