Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda, Hyatt Regency hotelində Ukraynanın aparıcı ali təhsil müəssisələrinin təhsil sərgisi keçirilib. Tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olunub. Ziyarətçilərə universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları, eləcə də beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində iştirakçılar ali məktəblərin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq təhsil imkanları, ixtisas seçimi və beynəlxalq əməkdaşlıq layihələri ilə bağlı suallarını cavablandırmaq imkanı əldə ediblər.
Mütəxəssislərin fikrincə, sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə daha yaxından tanış olmasına, eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verəcək.
XQ