Ukrayna USL proqramı çərçivəsində Aİ dən daha 1,2 milyard avro alıb

07.10.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna "Ukraine Support Loan" (USL) proqramı çərçivəsində Avropa İttifaqından (Aİ) daha 1,2 milyard avro alıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski "Telegram"da bildirib.

Onun sözlərinə görə, əldə edilən vəsaitlər birinci dərəcəli müdafiə ehtiyaclarına yönəldiləcək.

"Bu tranş nəzərə alınmaqla, Ukrayna proqram çərçivəsində müdafiə sahəsində artıq 13 milyard avroya yaxın maliyyə vəsaiti alıb", - Koretski yazıb.

Baş nazir qeyd edib ki, Ukrayna nəzərdə tutulan maliyyələşdirmənin qalan hissəsinin vaxtında və tam məbləğdə daxil olması üçün avropalı tərəfdaşlarla işləməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью