​Ukrayna Ust Luqa limanını vurdu Yanğın başlayıb + VİDEO

11.11.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gecə Ukrayna PUA-ları Rusiyanın Leninqrad vilayətinə hücum edib.

“AzPolitika” xəbər verir ki, monitorinq kanalları Baltik dənizində Rusiya üçün strateji əhəmiyyət daşıyan Ust-Luqa limanını vurduğu barədə məlumat və görüntülər yayıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko sosial mediada etiraf edib ki, dron hücumu Ust-Luqa limanı ərazisini hədəf alıb və yanğına səbəb olub.

Drozdenkonun sözlərinə görə, Leninqrad vilayəti ərazisi üzərində 146 PUA vurulub və "döyüş əməliyyatları" hələ də davam edir.

Hücumla bağlı Pulkovo hava limanı təyyarələrin enişinə və uçuşuna məhdudiyyətlər qoyub. Rusiya mediası təhlükəsizlik məhdudiyyətləri səbəbindən Sankt-Peterburqa gedən iki təyyarənin Helsinkiyə eniş etdiyini bildirib.

Rusiyanın Baltik dənizindəki əsas ixrac mərkəzlərindən biri olan Ust-Luqa limanı daha əvvəl də hücumlara və yanğına məruz qalmışdı. Bu liman Sankt-Peterburqdan təxminən 100-150 km məsafədə yerləşir. O, xüssuilə də neft, neft məhsulları, kömür, kükürd, mineral gübrələr, qaz kondensatı, mayeləşdirilmiş təbii qaz və konteyner yüklərinin daşınması üçün terminallara malikdir və buna görə Rusiya üçün olduqca əhəmiyyətlidir.

“AzPolitika.info”



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью