Ukrayna üzrə danışıqlara kim rəhbərlik edəcək? Patruşev AÇIQLADI

14.01.2025

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan aparılmalıdır.

Publika.az xəbər verir ki, bunu "kp.ru"ya Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü, Rusiya Federasiyası prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“Hesab edirəm ki, Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya və ABŞ arasında aparılmalıdır", - prezidentin köməkçisi vurğulayıb.

Onun sözlərinə görə, Moskvanın London və Brüssellə danışacağı bir şey yoxdur.

Patruşev həmçinin bildirib ki, Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatına hörmətlə yanaşır.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью