Ukrayna və Britaniya gizli müqavilə imzalayıb

17.01.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ukrayna və Böyük Britaniya arasında 100 illik tərəfdaşlıq haqqında yeni sazişin gizli hissəsi var". 

“Cebheinfo.az”-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində belə deyib.

“Sazişin qapalı, gizli hissəsi də var. Həqiqətən bizə sabitlik və inkişaf imkanları verən hər şey var”,-deyə Zelenski əlavə edib.
Zelenski, həmçinin bildirib ki, Ukrayna bu il Böyük Britaniyadan 6,6 milyard dollar hərbi yardım alacaq.

Xatırladaq ki, yanvarın 16-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Key Starmer hərbi əməkdaşlıq, o cümlədən enerji və digər sahələrdə əməkdaşlıq sahəsində “100 illik tərəfdaşlıq haqqında" Saziş imzalayıblar.

Müşfiq Abdulla 
Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью