Ukrayna və Danimarka 535 milyon avroluq müqavilə bağlayıb

11.11.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna və Danimarka Ukrayna ordusu üçün 535 milyon avroya silah alınmasına dair bir sıra sazişlər bağlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, maliyyə mənbələri Danimarka, İsveç hökumətləri və dondurulmuş Rusiya aktivlərindən əldə olunan faizlərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью