Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
"Komsomolskaya Pravda" qəzetinin məlumatına görə, 21 yanvarda başlayan və Latviya, Litva və Sloveniyada keçirilən Avropa Futzal Çempionatı zamanı qalmaqal yaşanıb.
"Ölkə.az" xəbər verir ki, Ermənistan və Ukrayna arasında keçirilən qrup mərhələsi matçından sonra qarşılıqlı ittihamlar ortaya çıxıb.
Ukrayna Futbol Assosiasiyası Ermənistan milli komandasının oyunçusu Denis Nevedrova və bütün komandaya qarşı UEFA-nın nəzarət və intizam orqanlarına şikayət ərizəsi təqdim edib Şikayətin səbəbi Nevedrovun rəqiblərinə qarşı etdiyi təhqiramiz hərəhət olub.
Ukrayna tərəfinin verdiyi şikayətdə Nevedrovun Rusiya vətəndaşı olması da qeyd olunub.
Lakin Ermənistan tərəfi UEFA-ya təkzib məktubu göndərib. İddia olunub ki, Nevedrov oyun zamanı ukraynalı oyunçular tərəfindən dəfələrlə təhqirə məruz qalıb.
Ermənistan nümayəndə heyətinin məlumatına görə, Ukrayna milli komandasının oyunçuları Rusiya klublarında oynayan erməni oyunçularla əl sıxmaqdan imtina ediblər. Bu vəziyyət komandalar arasında oyun başlamazdan əvvəl ənənəvi əl sıxışmalarının baş tutmamasına səbəb olub ki, bu da bu səviyyəli turnirlər üçün nadir haldır.
Elvin
Ölkə.az